“Rusiya ilə müharibədəyik” - Almaniyalı nazirdən ŞOK ETİRAF

“Rusiya ilə müharibədəyik” - Almaniyalı nazirdən ŞOK ETİRAF

“Avropa İttifaqı ölkələri Rusiyaya qarşı müharibə aparır”.

 

Sfera.az bildirir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxış edərkən deyib.

 

Onun bu etirafı müzakirə obyektinə çevrilib.

 

"Mən artıq son günlərdə bunu dedim - bəli, biz Ukraynanı qorumaq üçün çalışmalıyıq. Tanklarla bağlı daha çox iş görməliyik. Ancaq hər şeyi birlikdə etməyimiz çox vacibdir və hətta həlledicidir. Çünki biz bir-birimizə deyil, Rusiyaya qarşı müharibə aparırıq", - nazir bildirib.

 

Xatırladaq ki, Aİ-nin digər rəsmiləri və xarici regional komitənin üzvləri yekdilliklə ölkələrinin Ukraynadakı münaqişənin tərəfdarı olmadığını deyirdi. Almaniya kansleri Olaf Şolts da daim israr edirdi ki, Berlin Kiyevi dəstəkləməlidir, lakin Moskva ilə birbaşa qarşıdurmadan çəkinməlidir.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR