Əhali ötən il ən çox bu kartlarla əməliyyat aparıb - 80,8 milyard...

Əhali ötən il ən çox bu kartlarla əməliyyat aparıb - 80,8 milyard...

Azərbaycanda ötən il kredit kartları ilə aparılan əməliyyatların həcmi kəskin artıb.


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə kredit kartları ilə 80,8 milyard əməliyyat həyata keçirilib və əvvəlki illə müqayisədə əməliyyatların sayı 34,6 milyard vahid artıb. 


Əməliyyatların sayı ilə yanaşı əməliyyat həcmləri də kəskin artıb. 2021-ci ildə 2,43 milyard manat ödənildiyi və ya köçürüldüyü halda, ötən il əməliyyatların həcmi 4,33 milyard manatı ötüb. 


Kredit kartlarındakı pullar daha çox POS-terminallar (1,608 milyard manat), elektron ticarət (1,49 milyard manat) və bankomatlar (959 milyon manat) vasitəsilə xərclənib. 


Diqqəti çəkən əsas fakt ondan ibarətdir ki, əhali elektron ticarət üzrə əməliyyatları kəskin artırıb. 2021-ci ildə kredit kartları vasitəsilə onlayn formada 579 milyon manatlıq alış həyata keçirildiyi halda ötən il bundan 1,03 milyard manat çox alış həyata keçirilib. 


POS terminallar vasitəsilə də əməliyyatlar nəzərəçarpacaq dərəcədə artıb. Ticarət və xidmət müəssisələrində ötən il əvvəlki ilə nisbətən 509 milyon manat çox ödəniş icra edilib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR