Azərbaycan buğdanı dekabrda daha ucuz alıb – YENİ QİYMƏT

Azərbaycan buğdanı dekabrda daha ucuz alıb – YENİ QİYMƏT

2022-ci ilin dekabrında Azərbaycana idxal edilən buğdanın bir tonunun qiyməti 551 manata düşüb. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, dekabrda qeydə alınan qiymət noyabrla müqayisədə 21 manat azdır. Noyabrda idxal buğdasının bir tonu 571 manat idi. 


Ümumilikdə, son aylarda buğdanın qiymətində enmə müşahidə olunur. Buğdanın tonunun qiyməti oktyabrda 569,15 manat, sentyabrda 596,24 manat, avqustda 628,78 manat olmuşdu. 


Azərbaycan buğdanı əsasən un istehsalı üçün idxal edir. 2022-ci il ərzində xaricdən 1,293 milyon ton buğda alınıb. Bu qədər buğdanın alışına 436,5 milyon dollar və ya bir ton buğdaya 337,6 dollar (574 manat) xərclənib. 

 

Vasif


 


OXŞAR XƏBƏRLƏR