Rusiyadan ixrac edilən bu məhsullar kəskin UCUZLAŞDI

Rusiyadan ixrac edilən bu məhsullar kəskin UCUZLAŞDI

2022-ci ildə Rusiyadan ixrac edilən taxta məmulatların qiymətində ciddi azalma qeydə alınıb.


Sfera.az Rusiyanın “rbc.ru” saytına istinadən xəbər verir ki, mişarlanmış yumşaq və bərk taxtanın ixracı 20,8% azalaraq 23 milyon kubmetrə düşüb. 


RBC-yə rəsmi instansiyadan bildiriblər ki, dost olmayan ölkələr Rusiya taxta-şalbanının alışını təxminən yarıya qədər azaldıb. İdxalı azaldan ölkələr arasında dost olan ölkələr də var. 


Məhsulun miqdarında azalma ilə yanaşı, idxal həyata keçirən ölkələrin də sayı azalıb. 2021-ci ildə 94 ölkə ağac məmulatları aldığı halda, ötən il onların sayı 89-a düşüb. Tayvan, Makao, İndoneziya, Beliz, Kuba, Yeni Zelandiya, Pakistan, Nepal, Keeling (Kokos adaları) və Argentina Rusiyadan taxta idxalını dayandırıb. 


2022-ci ildə Qərb sanksiyalarının tətbiqi fonunda Rusiya taxta-şalbanının ixracı Yaxın Şərq və Şimali Afrika ölkələrinə yönəldilib. Bu istiqamətdə ümumi ixracın həcmi 17,84% artaraq 1,2 milyon kubmetrə çatıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR