Fiziki şəxslər xaricdən nə qədər mal alıb? - RƏQƏMLƏR

Fiziki şəxslər xaricdən nə qədər mal alıb? - RƏQƏMLƏR

2022-ci il ərzində fiziki şəxslər tərəfindən Azərbaycana idxal edilən malların dəyəri 30 milyon dollar və ya 2,15 faiz artaraq 1,423 milyard dolları ötüb. 


Sfera.az xəbər verir ki, artıma baxmayaraq, fiziki şəxslərin idxalda payı azalıb. Buna səbəb ümumi idxalın dəyərinin daha çox yüksəlməsidir. 


2021-ci ildə ümumi idxalın 12 faizini fiziki şəxslər həyata keçirdiyi halda, ötən il nisbət 9,8 faizə geriləyib.


İnflyasiya amilini nəzərə adıqda isə 2022-ci ildə fiziki şəxslərin idxalının miqdarı azalıb. Belə ki, ötən il idxal mallarının dəyəri 20 faizdən çox artıb. İnflyasiyanın payını çıxdıqda real idxalın 15 faizdən çox azaldığını görürük. 


İdxalın real göstəricisinin azalmasını ticarət iştirakçılarının sayının azalması da təsdiqləyir. 2021-ci ildə xarici ticarət əməliyyatlarında iştirak edən fiziki şəxslərin sayı 57 mini ötdüyü halda, ötən il 48,3 minə geriləyib. Burada azalma 15,2 faizdir. Müqayisə üçün bildirək ki, 6 il əvvəl idxal həyata keçirən fiziki şəxslərin sayı 8-9 min idi. 


Fiziki şəxslərin idxalının azalmasına təsir edən əsas səbəb minik avtomobillərinin idxalının azalmasıdır. Real göstəricilərlə avtomobil idxalının azalması fiziki şəxslərin idxal göstəricilərinə mənfi təsir edib. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR