Ukrayna səfirliyinə bomba göndərməkdə şübhəli bilinən 74 yaşlı kişi saxlanıldı

Ukrayna səfirliyinə bomba göndərməkdə şübhəli bilinən 74 yaşlı kişi saxlanıldı

İspaniya polisi ötən il noyabrın 24-dən dekabrın 2-dək ölkədəki bir sıra dövlət qurumlarına və diplomatik nümayəndəliklərə partlayıcı maddələr olan məktublar göndərməkdə şübhəli bilinən 74 yaşlı kişini saxlayıb.
 

Sfera.az bildirir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 

Həmin şəxs Burqos əyalətinin Miranda de Ebro şəhərində həbs edilib.
 

Müstəntiqlər Madriddəki Ukrayna və ABŞ səfirliklərinə də bombaları məhz onun göndərdiyini ehtimal edirlər.
 

Saxlanılan şəxs əvvəllər Vitoriya şəhər şurasının məmuru işləyib, hazırda isə tək yaşayır və heç bir siyasi partiyaya daxil deyil.


İspaniya polisi partlayışdan sonra səfirliyin binasını mühasirəyə alıb

 

Hazırda hüquq-mühafizə orqanları onun evində axtarış aparır.

 

Təqaüdçü kişinin Rusiya və ya Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi hələ aşkarlanmayıb.

 

Qeyd edək ki, 30 noyabr 2022-ci ildə də Madriddəki Ukrayna səfirliyində partlayış baş verib: poçtla gələn içərisində partlayıcı olan zərf diplomatik missiyanın komendantının əlində partlayıb. Nəticədə səfirliyin əməkdaşı yüngül xəsarət alıb.
 

Sonradan məlum olub ki, bağlama Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsev üçün nəzərdə tutulub. Diplomatın sözlərinə görə, diplomatik idarənin əməkdaşlarının reaksiyası və peşəkar hərəkətləri sayəsində daha ciddi nəticələrin qarşısı alınıb.
 

Bundan sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin xarici səfirliklərinin təhlükəsizliyinin təcili artırılması barədə göstəriş verib.


Lakin məqsəd təkcə Ukrayna diplomatik missiyası olmayıb. Baş nazir Pedro Sançesə, ölkənin hökumət idarələrinə, Avropa Birliyinin peyk şirkətinə və ABŞ-ın İspaniyadakı səfirliyinə də oxşar bomba məktubları göndərilib. Polis altı bağlamanın hamısının İspaniyanın şimalındakı Valyadolid şəhərindən göndərildiyini müəyyən edib. Paketlərin əksəriyyəti uğurla zərərsizləşdirilib.


Bu il yanvarın 22-də isə “The New York Times” partlayıcı ilə məktubların göndərilməsinin arxasında Rusiya kəşfiyyatının dəstəyi ilə fəaliyyət göstərən “Rusiya İmperator Hərəkatı” millətçi qruplaşmasının ola biləcəyini yazıb.
 

Məqalə müəlliflərinə görə, İspaniyada silsilə partlayışlarla rəsmi Moskva NATO-ya Ukraynaya hərbi yardımın davam edəcəyi təqdirdə terror hücumlarından istifadə etməyə hazır olduğunu göstərmək istəyib.

 

Xanım


OXŞAR XƏBƏRLƏR