Beyonsun atası onun homoseksual əmisinə həsr etdiyi albomdan oxumamasından danışdı

Beyonsun atası onun homoseksual əmisinə həsr etdiyi albomdan oxumamasından danışdı

Pop-diva Beyonsun atası, iş adamı Metyu Noulz qızının tənqidlərinin müdafiəsinə qalxaraq, eyni zamanda onun gələcək planlarını açıqlayıb.



LGBT icmasının nümayəndələri müğənninin eynicinsli münasibətlərin qanunla cəzalandırıldığı ölkədə səhnəyə qayıtmaq üçün məhz Birləşmiş Ərəb Əmirliklərini seçməsindən hiddətləndiklərini bildiriblər.



Sfera.az bildirir ki, ingilis hüquq müdafiə təşkilatı “LGB Alliance”ın həmtəsisçisi Bev Jackson Beyonsun 24 milyon dollarlıq konsertinin onun lezbiyanlara və geylərə dəstəyinə kölgə saldığını deyib.



71 yaşlı Metyu Noulza görə qızı öz ifası ilə müxtəlif tamaşaçıları bir araya gətirib. O, verilişdə olmayan insanların hər hansı hörmətdən danışa bilmə haqqının olmadığını bildirib.



Noulz qeyd edir ki, qızı həmişə inklüzivliyin tərəfdarı olub və hər kəsin sevgi adına konsertdə olduğuna inanır. Metyu əmin edib ki, Beyons heç vaxt kiməsə qəsdən zərər verəcək bir şey etməyəcək.



Müğənninin mərhum gey əmisi Conniyə həsr etdiyi “Renessans” albomundan hitləri səsləndirməməsi ilə bağlı tənqidlərə gəlincə, məlum olub ki, Beyons dünya turu planlaşdırır və o, hazır olanda bunu elan edəcək.



Xatırladaq ki, möhtəşəm şou yanvarın 21-də baş tutub. Konsert mediaya bağlı keçirilib və verilişi telefonla çəkmək qadağan edilib. Hətta tamaşaçılardan telefonlarını xüsusi çantalarda gizlətmələri tələb olunub. Ancaq istənilən halda konsertdən videolar çəkilib. Görüntülər Beyons özü paylaşmazdan əvvəl İnternetdə yayılıb.



Beyons konsertdə 19 mahnı ifa edib, onlardan birini 11 yaşlı qızı Blue Ivy ilə birlikdə oxuyub.


Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...