Zəngilan aeroportu ilə bağlı MÜHÜM QƏRAR

Cəmiyyət
18:06 / 25.01.2023
27787
Nazirlər Kabineti 10 sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib.
Sfera.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, sözügedən siyahıya Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zəngilan şəhəri) əlavə edilib.