Yasamalda 10 nəfər saxlanıldı - VİDEO

Yasamalda 10 nəfər saxlanıldı - VİDEO

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib. Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.

 


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Bakıda Vyetnam liderini qarşıladı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin (MK) Baş katibi To Lamın rəsmi qarşıla...

Qadın estetik əməliyyatına pul verməyən sevgilisinin başını əzdi

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.   Sfera.az Oxu.az-a...

Mahir buna görə “Nürnberq”dən gedir - razılaşmayıblar

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonun "Nürnberq"dən ayrılacağı gözlənilir.   Sfera.az xəbər verir ki, bu...

Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi

Moskvaya yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.   Sfera.az bu barədə Serbiyanın "Tanjuq" agen...

Sənaye parkları bu elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında fər...

ABŞ və Çin arasında müqavilə imzalandı - Sular durulur?

Çin hökuməti, beynəlxalq ictimaiyyətin gözləntiləri, daxili maraqları və Amerika sənaye dairələrindən gələn çağırışları nəzərə alaraq, ABŞ ilə ticarət danışıqla...