Osmanlı tarixindən çoxlarının bilmədiyi qısa fraqment - Öldürülən düşmən kəllələrindən düzəldilmiş qüllələr

Osmanlı tarixindən çoxlarının bilmədiyi qısa fraqment - Öldürülən düşmən kəllələrindən düzəldilmiş qüllələr

Osmanlı İmperatorluğunda düşmənləri qorxutmaq üçün istifadə edilən üsullardan biri də kəllələrdən ibarət olan qüllələrdir.
 

Onların arasında ən məşhuru indiki Serbiya ərazisində olan Nişdə yerləşir.
 

Bu qüllələrin hekayəsi də çox maraqlıdır.

Sfera.az bu maraqlı hekayəni təqdim edir.
 

1809-cu ildə Çeqar döyüşü zamanı bir qrup serb ayağa qalxıb.


Bu hadisə sonralar tarix kitablarına Birinci Serb üsyanı kimi düşəcəkdi.


Qarşılarında isə Osmanlı qoşunlarını tapırlar...

Serb bölməsi üsyanı yaxşı əlaqələndirə bilmədikdə, küncə sıxılır. Onların lideri Stevan Sindelic əsir düşmək və öldürülməkdənsə, yaxınlıqdakı toz çəlləyinə atəş açaraq oradakı hər kəsi öldürür.

 

Sadrazam Hurşit Paşa ölü üsyançıların başlarından bir qüllə tikdirmək qərarına gəlir.


Uzunluğu 3 metr olan qala tikilir. Onun ilk mərhələdə 952 başdan olduğu barədə şayiələr var.
 

1878-ci ildə Osmanlılar Nişdən çəkiləndə qüllə də serblərin nəzarətinə keçib.

Qüllə eyni ildə bir dam altında götürülür.

 

1892-ci ildə isə onun ətrafında bir ibadətgah tikilir.
 

1937-ci ildə aparılan bərpa işləri ilə qüllə yenidən qurulmuşdur. Qala üsyan başçısı Sindeliçin büstü ilə bəzədilib.

 

1948-ci ildə isə qala Serbiya tərəfindən Milli Mədəni İrs siyahısı altında qorunur.
 

Sonrakı illərdə yenidən bərpa olunan qalada Sindeliçə aid olduğu müəyyən edilən baş da şüşə zəngli qaba qoyularaq orada qorunmağa başlanıb.

 

Fransız şairi Alponso de Lamartine bu əraziyə gələrək öz hisslərini oxucuları ilə bölüşüb.
 

“Öz torpağında müstəqillik uğrunda başı kəsilən bu insanları gözlərim, ürəyim alqışlayır. Serblər bu abidəni yaşatsınlar! Çünki onların övladlarına müstəqilliyin əhəmiyyətindən danışan, əcdadlarının bu yolda nələr etdiyini göstərən bundan gözəl abidə yoxdur”.
 

Bu gün də qüllə ziyarətçilər üçün açıqdır və Nişə gələn turistlərin tez-tez üz tutduqları yerlərdən biridir.



Qülləni ehtiva edən kilsə hər il 30 min ilə 50 min arasında ziyarətçiyə qapılarını açır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...