Elşad Oksana ilə Şəhriyarın evliliyindən DANIŞDI - VİDEO

Elşad Oksana ilə Şəhriyarın evliliyindən DANIŞDI - VİDEO

Repçi Elşad Xose, Oksana və Şəhriyarın münasibətinə fikir bildirib.

 

Sfera.az xəbər verir ki, “YouTube”da yayımlanan müğənni Rəqsanə İsmayılovanın aparıcısı olduğu “Göz önündə” verilişinin qonağı olan repçi “Oksana ilə Şəhriyarın evliliyinə inanırdın?” sualına cavab olaraq bu mövzuya biganə olduğunu və danışmaq istəmədiyini bildirib:

 

“Daxilən tərəddüd edən insanam, hər şeyi araşdıranam, ilk baxışdan inanmaram. Sadəcə olaraq bu mövzu mənə maraqlı olmayıb deyə izləməmişəm. İnansam nə olacaq, inanmasam nə? Bu mövzuya mən o dərəcə biganəyəm ki, həmişə qaçmışam, açmamışam, istəmirəm bu haqda danışam”.

 

O qeyd edib ki, əgər 4-5 insan birini pisləyirsə, deməli burada nəsə var:

 

“Deyir, əgər sənin bir neçə ərin olubsa və onlar hamısı səni döyübsə, deməli problem səndədir, misal üçün deyirəm. Hamı pis ola bilməz axı. Sadəcə olaraq kimsə xəyanətə öyrəşib, kimsə yox. Ona görə bir az çətin mövzudur”.

 

Qeyd edək ki, Elşad Xose və Oksana Rəsulova 2012-ci ildə ailə qurub. Lakin bir il sonra cütlük qalmaqallı şəkildə boşanıb. İllər sonra aparıcı Şəhriyar Əbilovla evlənən Oksana 2022-ci ilin sentyabrında ondan boşandığını açıqlayıb. Keçmiş cütlüyün bu nikahdan Osman adlı bir oğlu var.


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...