Tacirdən İlahə Fədaya SƏRT SÖZLƏR: "Fədayə ona görə Moskvaya qaçdı"

Tacirdən İlahə Fədaya SƏRT SÖZLƏR: 

Bir neçə gündür müğənnilər Tacir Şahmalıoğlu ilə İlahə Fəda arasında yaşanan qalmaqal səngimir. Söhbət o yerə çatıb ki, İlahə Fədanın açıqlamasında “Bu şəxs özü Fərhad Bədəlbəylinin onu Azərbaycan Milli Konservatoriyasından qovduğunu deyib. Heç sənəti də yoxdur, mikrobdur” - deməsi, qalmaqalı daha da alovlandırıb. 

 

Sfera.az xəbər verir ki, ifaçının sözlərinə cavab olaraq Tacir Şahmalıoğlu Lent.az-a bildirdi ki, o, gündəmə gəlmək üçün təhqirə əl atıb və dedikləri yalandır:

 

“O, kimdir ki, onun sözlərinə cavab verim? Heç kim. Niyə səviyyəmi onun səviyyəsinə endirim? Mən deyirəm, siz yazırsınız. Sonra o da haqqımda ağzına gələni danışır. Qalmaqal böyüyür. O adam mənim üzərimdən gündəmə gəlmək istəyir. Media nümayəndələrinə böyük hörmətim var. Onu gündəmə gətirməyin. O, səviyyəsiz biridir. Yiyəsiz, başsız bir qadındır. Qovulmaq söhbəti olmayıb. Məni kim qova bilər ki? Azərbaycan Milli Konservatoriyasını bitirən bəzi sənətçilər indi mənim yolumu gedirlər. Amma demişəm ki, 1992-ci ildə Fərhad Bədəlbəylinin yanına getdim. Məni qəbul etmədi. Dedi ki, get, Qarabağda vuruş, gələrsən. Qovulmaq nədir? Ora daxil olmuşdum ki, məni qovsunlar? İlahənin bir ağsaqqalı, ağbirçəyi yoxdur. Bu adamı buraxıblar ortaya, ağzına nə gəldi, danışır”.

 

Tacir Şahmalıoğlu onu da bildirib ki, Fədayə Laçın bacısına görə ölkəni tərk edib:

 

“İlahə mənim fanatım, tələbəm olub. Ona çörək vermişəm. Bu gün üzümə ağ olur. İndi də bacısının adından danışır. Fədayə ona nə edib ki? Onu bilirəm ki, Fədayə İlahənin ucbatından bir övladı götürüb Azərbaycanı tərk etdi. İlahənin əməllərindən baş götürüb qaçdı Moskvaya. Bir daha deyirəm. Musiqiçiyəm, özümə görə sənətim, yolum var. Ancaq onun dediyi sözlər mənə yapışmır. Mənə bata bilməz. İt hürər, karvan keçər. Məni tanıyan bilir ki, sevənlərim var. Sənin nəyin var bəs?”.

 

İlahə Fəda  həmkarının sözləri ilə bağlı sonuncu dəfə münasibət bildirdi:

 

"Artıq bu haqda danışmamağa qərar vermişəm. Daha onun kimi cahil biri haqqında danışmaq istəmirəm. O şansı ona verməyəcəyəm". 


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...