Azərbaycanda dustaq həbsxanada öldü

Cəmiyyət
18:43 / 24.01.2023
30376
Azərbaycanda həbsxanada 38 yaşlı dustaq vəfat edib.
Sfera.az-ın məlumatına görə, hadisə bu gün Qaradağ rayonunda, Puta qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Pərviz Məmmədovun qəflətən halı pisləşib. İlkin müdaxilə edilsə də, dustağın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.