20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - Yeni QƏRAR

20 yaşlı qadının ölümü təkrar araşdırılacaq - Yeni QƏRAR

İki il əvvəl Sabirabadda vəfat edən 20 yaşlı Səmayə Zeynalovanın ölümü ilə bağlı iş yenidən araşdırılacaq.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə vəkil Samir Zeynalov məlumat yayıb. O bildirib ki, S.Zeynalovanın intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv edilib. Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanılan iş yenidən icraata götürülüb və Sabirabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Məlumatla əlaqədar Baş Prokurorluğun Mətbuat xidmətinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”nun müraciətinə cavab olaraq xəbər təsdiq edilib: “Hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir”.

 

Qeyd edək ki, Səmayə Zeynalovanın ailəsi onun intihar etmədiyini bildirərək öldürüldüyünü iddia edir. Onlar bildiriblər ki, 20 yaşlı Səmayə normal əhval-ruhiyyədə olub, hadisədən bir neçə gün əvvəl övladının doğum günün təmtəraqlı şəkildə qeyd edib. Həmçinin mərhumun ailəsi onun özünü asdığı bildirilən nar ağacının budağının həddindən artıq kövrək və elastik olmasını, 1 metr 72 sm boylu şəxsi saxlamaq gücündə olmadığını bildiriblər. İddialara görə, Səmayə Zeynalovanı ölüm həddinə həyat yoldaşının ailəsi çatdırıb. Onlar mərhumun qayınatası Əlişirin Zeynalovun Səmayənin ölümündə əsas iştirakçı olduğunu iddia ediblər.

 

Xatırladaq ki, Səmayə Zeynalova 2021-ci ilin 24 aprel tarixində Sabirabad rayonu Cavad kəndində vəfat edib. 

 



OXŞAR XƏBƏRLƏR

Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.   Belarus hökumətinin başçısını Füzuli Beynəlxalq Aeroportund...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lotu Qulinin yaxın adamı olan "qanuni oğru" axtarışa verildi

"Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.   Sfera.az xəbər verir ki, Smolensk...

Bakıda elektrikdoldurma məntəqəsini SU BASDI - VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.   Sfera.az xəbər verir ki, elektromobillərin enerji doldu...

MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş - FOTOLAR

6 may tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair ...

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

Mayın 6-da Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siy...