Avropalıların üzü gülür: Qaz ucuzlaşır

Avropalıların üzü gülür: Qaz ucuzlaşır

Avropada təbii qazın qiymətinin enməsi sürətlənib. 


Sfera.az xəbər verir ki, havanın temperaturunun mövsüm normalarından yüksək olması təbi qaza olan tələbi azaltdığından qaz anbarlarında doluluq səviyyəsi yüksəlib. Bu müsbət xəbərin təsiri ilə fevralda çatdırılacaq 1000 kub metr qazın qiyməti 11,81 faiz azalaraq 552 dollara, martda çatdırılacaq qazın qiyməti isə 12,56 faiz azalaraq 685 dollara düşüb.


Avropalı ekspertlər hesab edir ki, əgər mülayim qış davam edərsə, növbəti il üçün ehtiyat yaratmaq asanlaşacaq, qiymətlər isə daha əlverişli olacaq. 


Yanvarın 21-nə olan məlumata görə, Avropa İttifaqının ümumi təbii qaz anbarlarında doluluq nisbəti 78,35 faiz, Almaniyanın anbarlarında doluluq nisbəti 86,53 faiz, Fransada 73,63 faiz, İtaliyada isə 76,45 faiz təşkil edib.


Xatırladaq ki, bir neçə ay bundan öncə Avropada qaz qiymətləri 1500-3000 dollar arasında dəyişirdi. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR