"Rusiya üçtərəfli bəyanatla bağlı öhdəliklərini yerinə yetirir" - Putinin sözçüsü

Rusiya Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyannamədə qeyd olunan öhdəliklərini yerinə yetirməkdə davam edir.


Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Onun sözlərinə görə, Moskva Bakı və İrəvanla diqqətlə işləyir. 

 

“Rusiya iki il əvvəl imzalanmış üçtərəfli sazişin və sənədlərin tərəflərindən biri kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Rusiya həm Azərbaycan, həm də Ermənistanla bu çətin işi davam etdirir”, - Peskov Kremlin Laçın dəhlizində ABŞ-ın mövqeyi ilə bağlı suala cavab olaraq bildirib.

 

İnci
 


OXŞAR XƏBƏRLƏR