Gender bərabərsizliyi – Həllini gözləyən qlobal problem

Gender bərabərsizliyi – Həllini gözləyən qlobal problem

Gender bərabərliyinin pozulması həllini tapmayan əsas problemlərdən biridir. Bunun nəticəsidir ki, dünyada 15-19 yaş arası hər 20 qızdan 1-i, təxminən 13 milyon qız məcburi cinsi əlaqəyə məruz qalır. Həm sülh, həm də münaqişə dövründə yeniyetmə qızlar gender əsaslı zorakılıqla üzləşirlər. Dünyada yüz milyonlarla qız hələ də uşaqkən nikaha və qadın sünnətinə məruz qalır - baxmayaraq ki, hər ikisi beynəlxalq səviyyədə insan hüquqlarının pozulması kimi tanınır.

 

Zərərli gender normaları ən yüksək səviyyədə davam etdirilir. Bəzi ölkələrdə bu normalar qızların hüquqlarını təmin etməyən və ya hətta onları pozan qanunlarla möhkəmlənirlər. Məsələn, qadınlara miras qalmasını məhdudlaşdıran qanunlar var.

 

Gender bərabərsizliyi: bərabərlik üçün nə lazımdır? – Novator.az

 

Təbii olaraq, bəzi hallarda oğlanlar da gender normalarının pozulmasından əziyyət çəkirlər. Məsələn, kişilik haqqında sosial "anlayışlar" uşaq əməyini istismarını, onların silahlı qruplara cəlb olunmasına rəvac verir.

 

1995-ci ildə Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının imzalanmasından sonra dünyada qeyri-bərabər irəliləyiş müşahidə olunur. Getdikcə daha çox qız məktəbə gedir və məktəbi bitirir, daha az uşaq isə ərə gedir və ya ana olur. Lakin ayrı-seçkilik və məhdudlaşdırıcı stereotiplər hələ də aradan qaldırılmayıb. Texnoloji dəyişikliklər və humanitar fövqəladə hallar da qızları yeni çağırışlarla qarşı-qarşıya qoyur. Ona görə də cəmiyyətin müxtəlif təbəqələrindən olan qızlar cəsarətlə bərabərsizliyə qarşı səslərini ucaldırlar. Qızların rəhbərlik etdiyi hərəkatlar uşaq nikahını və qadın sünnətini dayandırır, iqlim dəyişikliyi ilə bağlı tədbirlər tələb edir və elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində cığır açaraq qlobal dəyişiklikləri yaradanlar kimi güclərini təsdiqləyir.

 

Gender problemi və Azərbaycanda gender siyasəti

Gender əsaslı zorakılığın qarşısının alınması və ona reaksiya verilməsi üçün “UNICEF” tərəfindən tədbirlər görülüb. Məqsədyönlü təşəbbüslər uşaq nikahlarının dayandırılmasına, qadın sünnətinin aradan qaldırılmasına, qızlar üçün təhlükəsiz yerlərin təmin edilməsinə, menstrual sağlamlığın idarə edilməsinə, HİV və QİÇS-ə qarşı yardımın göstərilməsinə, psixososial ehtiyacların ödənilməsinə və s. kömək edir.

 

Ailə sosial institut kimi…

 

Ailə sözünün Romada qulluqçu mənasını verən “famulus” sözündən və latınca “ev” mənasını verən “familia” sözündən əmələ gəldiyi deyilir. Ailənin bir institut kimi xüsusiyyətlərinin nə olduğunu başa düşmək üçün onun məqsədini, varlığını və mənşəyini anlamaq lazımdır. Ailənin əsas funksiyası insan övladının davamı hesab olunur ki, bu da uşağın doğulması, düzgün tərbiyəsi və qayğısına qalması ilə yanaşı, cinsi ehtiyacların ödənilməsinə kömək edən, eyni zamanda bağlılıq və cinsi sədaqət hissini təmin edən mıfhumdan qaynaqlanır. Ailə institutunun xüsusiyyətləri müxtəlif ümumi və spesifik xüsusiyyətlərə bölünə bilər ki, bunlar bütün ailələrə aid ola və ya olmaya bilər. Ümumi xüsusiyyətlər adət-ənənə olan və ümumiyyətlə bütün ailələrə aid olan və ailənin bir institut kimi yaradılması və saxlanması üçün əsas olan xüsusiyyətlər adlanır.

 

15 may Beynəlxalq Ailə Günü kimi qeyd olunur - AZƏRTAC

Ailə nikah institutunu əvvəlcədən nəzərdə tutur. Ona görə də hər bir institut kimi, hətta ailə institutu da onu insan həyatında çox zəruri və vacib edən, həm də öz rolunu yerinə yetirməsinə kömək edən müxtəlif qabarıq xüsusiyyətlərə malikdir.

 

Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənməkdədir. Amma müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Lakin istənilən halda Azərbaycan ailəsi bu gün orta statistik Avropa ailəsinə nisbətən daha dayanıqlıdır. Azərbaycan ailəsində münasibətlər harmoniyaya əsaslanır, böyük-kiçik yeri bilmək, ağsaqqal sözünü eşitmək Avropaya nisbətən daha çoxdur.

 

Əzizə

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

 


OXŞAR XƏBƏRLƏR