Nazir polkovnik-leytenantı işdən çıxarıbmış

Nazir polkovnik-leytenantı işdən çıxarıbmış

Fövqəladə Hallar Nazirliyinin katibliyin rəis müavini vəzifəsindən kənarlaşdırılıbmış.

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1951-ci il təvəllüdlü Fikrət Talıbov sözügedən vəzifədən kənarlaşdırılaraq, hüquq idarəsində yeni vəzifəyə təyin edilib. 

 

Qeyd edək ki, əvvəl Fikrət Talıbov katibliyin rəis əvəzi vəzifəsini daşıyırdı. Onun yerinə 1981-ci il təvəllüdlü Hikmət Səmədov təyin olunub. 

 

Bütün bu təyinatlar isə nazir, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə gerçəkləşib.

 

Xatırladaq ki, 72 yaşlı Fikrət Talıbov ləğv edilən Naxçıvan Milli Təhlükəsizlik Nazirliyindən polkovnik-leytenant rütübəsindən təqaüdə göndərilərək, FHN-də vəzifəyə təyin olunub.


OXŞAR XƏBƏRLƏR