Azərbaycanda banklar bundan İMTİNA ETDİLƏR - İLK DƏFƏ

Azərbaycanda banklar bundan İMTİNA ETDİLƏR - İLK DƏFƏ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) növbəti valyuta hərracı keçirilib. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, keçirilən hərracda indiyə qədər görünməyən hal yaşanıb. İlk dəfə olaraq banklar hərracda sifariş verməyiblər.  


Tələbin zəifləməsi bundan öncə keçirilən hərraclarda da müşahidə olunurdu. Yanvarın 19-da keçirilən hərracda tələb 1,5 milyon dollar olmuşdu. 


Digər hərraclarda da tələb zəif idi. Belə ki, yanvarın 17-də keçirilən hərracda tələb 18,7 milyon dollar, yanvarın 12-də 35 milyon dollar, yanvarın 10-da 52,3 milyon dollar, yanvarın 5-də keçirilən hərracda isə 52,7 milyon dollar təşkil edib. 


Yanvarda ümumilikdə hərraclarda banklar cəmi 160,2 milyon dollar satıb.  


Məlumat üçün bildirək ki, bu il yalnız Dövlət Neft Fondu hər ay təxminən 500 milyon dollar satmalıdır. Mövcud vəziyyət göstərir ki, dollara tələb zəiflədiyindən bankların hələ bir müddət dollara tələbi zəif olacaq. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR