İrəvanda AKSİYA: Paşinyan və Papikyan istefaya çağırıldı

İrəvanda AKSİYA: Paşinyan və Papikyan istefaya çağırıldı

Ermənistanın "Miatsum" (Birləşmə) hərəkatının üzvləri İrəvanda hökumət binası yaxınlığında aksiya keçiriblər.

 

Sfera.az erməni mediasına istinadən bildirir ki, hərəkatın liderlərindən biri Menua Soqomonyan Ermənistanın Baş naziri Nikol Paşinyanı və ailəsini dövlət malını mənimsəməkdə ittiham edib.

 

"Əgər Baş nazirə və onun həyat yoldaşına yeni avtomobillər almaq üçün gizli qərarlarla Avroviziyaya 5 milyard xərclənirsə, yaxud meydanın bəzədilməsi üçün əldə 2 milyon dollarlıq vəsait varsa, bəs niyə əsgərlərə normal şərait yaradılmır? Güclü ordu ya prioritet deyil, ya da vəziyyətə nəzarət etmirlər", - Soqomonyan bildirib.

 

O, Baş naziri və hazırda Ermənistanın müdafiə naziri olan Suren Papikyanı istefaya çağırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR