“Həmişə bunun şahidi olmuşuq” – Əməkdar artistdən Tünzalə Əliyeva ilə bağlı AÇIQLAMA

Cəmiyyət
14:41 / 23.01.2023
19010
“Həmişə deyirəm, bu, bir başlanğıcdır. Başlanğıcında ona hüzur, Allahdan günahlarının bağışlanmasını arzulayırıq. O insan ölənə kimi əziyyət çəkdi. Doğulandan torpağa tapşırılana kimi kimlər üçünsə əziyyət çəkdi. Həmişə bunun şahidi olmuşuq“.
Sfera.az xəbər verir ki, bu sözləri 7Times.az-a açıqlamasında Əməkdar artist Coşqun Rəhimov Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimində deyib:
“Yeri behişt, cənnət olsun. O, heç vaxt yaddan çıxmayacaq. Biz onu 90-cı ildən tanıyırıq. Birlikdə təhsil almışıq, sənətə bir başlamışıq. Amma nə yazıq ki, həyat vəfa etmədi. Ona o dünyada rahatlıq tapmağı arzulayıram. Çünki bu dünyada çox əziyyət çəkdi” deyə, Coşqun əlavə edib.