"Oxuyansan da, böyük adamsan? Çaşmayın!" - Elnarə Abdullayevadan SƏRT SÖZLƏR

Əməkdar artist Elnarə Abdullayeva bəzi həmkarlarından gileylənib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, “Həyat tərzi” verilişində danışıb. Abdullayeva ad çəkmədən əksər müğənnilərin toylarda düzgün hərəkət etmədiyini söyləyib:

 

“Hərdən deyirlər ki, filankəs bu mahnını ifa etdi. Söyləyirəm ki, ən azından oxuyur, oğurluq etmir ki. Müəyyən adamlar var ki, özü bir şey deyil, çoxdandır efirdədir, sənəti yoxdur. Sənə də vaxtında yaşı çox olan müğənnilər elə baxırdı, indi onu bəyənmirsən, kimsən ki, bəyənməyəsən? Bizim ixtiyarımız yoxdur ki, kimisə bəyənməyək.

 

Deyir, onlar burada oturmasın. Niyə? Biz də kiminsə yanında əyləşə-əyləşə böyüdük. Yanında olsun, nəyisə bilməyəndə başa sal, de ki, yaxşı səsin var, bunu da edə bilərsən. Yox. Deyir, yanımda kimsə oturmasın, göydən gəlmisən? Böyük adamsan? Oxuyansan da. Səsin olmayanda gör kimsən. Onda da musiqiçi ilə necə davranırsansa, elə də rəftar et. Səsin olanda musiqiçini öldürmə. Yuxarıdan aşağı baxır. Elə deyil. Hər halı ilə insana insan kimi yanaş.

 

Sənə bir-iki manat verdilər, böyüdün? Elmin, zavodun yox, sən kimsən ki? “Dıq” edəndə gedib oturasısan ki, oxumuram. Bu gün toydur, guya bahalı toya gedəndir. Adı toydur. Bahalısı, ucuzu yoxdur. Canın çıxsın, böyüyə də getmə. Özünü böyük sayırsansa, getmə. Gedib bir az oxuyandan sonra “Tərəkəmə” səsləndirəcəksən. Sən özün necə böyük sayırsan, insanları saymaya bilərsən?

 

Buradan üzümü tutub hamısına deyirəm ki, toylarda hərdən çaşırsız. Toyu özləri aparanda belə edirlər. Çaşıb eləməyin, mikrofonu götürüb ağzıma gələni deyərəm”.(olay.az)


 


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə yayılır+VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...