“Deyirdim ki, Tünzalə az ye, deyirdi ki, yeməyimi kəsə bilmərəm..." - Firəngiz Mütəllimova

“Deyirdim ki, Tünzalə az ye, deyirdi ki, yeməyimi kəsə bilmərəm...

"Tünzaləni sənətə gəldiyi ilk günlərdən tanıyıram. Biz o vaxtı Aztv-də televiziya tamaşasına çəkilirdik, o da həmin ekran əsərində çəkilən sənətçilər sırasında idi. Tünzalə mənim qonşumu oynayırdı. Orada tanış olduq. Daha sonra "Çal-çağır" verilişindən onu hamı tanıdı. Mən hətta zarafatca ona deyirdim ki, az ye, cavansan, yaşın azdır. O vaxt çoxçəkili idi. Tünzalə deyirdi ki, mən yeməyimi kəsə bilmərəm".

 

Sfera.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.

 

"Tünzalə ilə vaxtaşırı layihələrdə, verilişlərdə görüşürdük. Elməddin Cəfərovun seriallarında çəkilirdi, tez-tez kollektiv olaraq yığışırdıq. Təxminən 20 gün bundan əvvəl mən onunla telefonda yazışmışdım. Sözün düzü zəng edib narahat etmək istəmirdim. O dəqiqə mesajlarıma cavab yazırdı, halbuki səhhəti ağır idi. Öz səhifəsində də mənimlə olan şəkilini paylaşıb yazmışdı ki, "sizə olan sevgim sonsuzdur". Bayaq onun səhifəsinə daxil olub, həmin paylaşımı gördüm. Tünzalənin dünyadan köçməsinə çox pis oldum, hələ də özümə gələ bilmirəm. Cavan idi, 7 yaşında övladı qaldı. Allah onun bir balasını min budaq etsin. Çox yaxşı qız idi, aktrisa kimi də çox istedadlı idi. Nə məsləhət verirdinsə, o dəqiqə yerinə yetirirdi. 5 dəqiqə qoymurdu ki, üstündən keçsin. Mən onu çox istəyirdim. Allah ona rəhmət etsin, məkanı cənnət olsun. Hərənin bir alın yazısı var. Bütün Azərbaycan gördü ki, o xəstəliyi ilə necə mübarizə apardı. Elə bilirdim ki, bu dəfə də xəstəliyə qalib gələcək, yaxşı olacaq. Allahın yazdığı alın yazısını heç kim poza bilməz. İnsanlar bu dünyadan rəhmət aparırlar. Həyat müvəqqətidir, əsas insanın şəxsiyyəti, dəyəri, qiyməti olmalıdır" -sənətkar bildirib.


OXŞAR XƏBƏRLƏR

Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır + VİDEO

Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.   Sfera.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qara...

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Azərbaycan və Türkiyə müdafiə nazirləri İstanbulda görüşdü

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polk...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...