Bakıda ağır qəzada həlak olan bu yüksək vəzifəli şəxsdir? - AÇIQLAMA + FOTO

Cəmiyyət
10:26 / 23.01.2023
17250
Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyevin Bakıda sərxoş halda idarə etdiyi 25-BG-025 dövlət qeydiyyat nişanlı avtomobildə qəzaya düşərək həyatını itirməsi ilə bağlı məlumat yayılıb.
Sfera.az xəbər verir ki, Manset.az-ın əməkdaşı yayılan məlumatla bağlı Vasif Əliyevlə əlaqə saxlayıb. O, yazılanların yalan olduğunu bildirib:
“Mən yaxın günlərdə Bakıda hər hansı qəza törətməmişəm. Yazılanlar həqiqəti əks etdirmir. Bu mənə qarşı təxribatdır. Məsələ ilə bağlı polisə müraciət etməyə gedirəm. Mən bu məlumatı yayanların cəzalandırılmasını tələb edəcəm”.