Yanğında yaralananların vəziyyəti necədir? - YENİLƏNDİ

Cəmiyyət
00:46 / 23.01.2023
52095
Qusar rayonunda baş verən yanğınla əlaqədar xəsarət alanlar Qusar Rayon Mərkəzi Xəstəxanasından Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib.
barədə Sfera.az-a TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 4 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb.
Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində 1 nəfərin müalicəsinə davam edilir. Gövdənin ön və arxa səthinin termiki yanığı ilə pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həkim nəzarəti altındadır.