ABŞ-ın iqtisadi artım proqnozunu aşağı salınıb
19:42 / 04.10.2016
1280
Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-ın bu il və 2017-ci il üzrə iqtisadi artım proqnozlarını aşağı salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BVF-nin qlobal vəziyyətə dair yarım illik hesabatında bildirilir.
BVF ABŞ-ın builki iqtisadi artım proqnozunu 2,2 faizdən 1,6 faizə, 2017-ci il üzrə proqnozunu isə 2,5 faizdən 2,2 faizə endirib.