Problemli kreditlər 88,5 milyon manat artdı
İqtisadiyyat
19:21 / 04.10.2016
1534
2016-cı il avqustun sonuna banklarda problemli kreditlərin həcmi 1 milyard 592,9 milyon manat təşkil edib.
Publika.az xəbər verir ki, hesabat dövründə 16 milyard 839,7 milyon manat kredit qoyuluşu reallaşdırılıb.
Problemli kreditlərin kredit qoyuluşlarında payı 9,5%-ə çatıb. Problemli kreditlər iyul ayının sonu ilə müqayisədə 88,5 milyon manat artıb. Belə ki, həmin dövrdə problemli kreditlər 1 milyard 504,4 milyon manat idi.