Ana və körpəsinə qütb ayısı hücum etdi - FOTO

Ana və körpəsinə qütb ayısı hücum etdi - FOTO

Uelsdə, Alyaskada Arktik Dairə yaxınlığında, 24 yaşlı Summer Miomik və onun bir yaşlı oğlu Klayd Onqtovasruk məktəbdən xəstəxanaya gedərkən qütb ayısı tərəfindən öldürülüb.
 

Sfera.az bildirir ki, güclü qar fırtınası səbəbindən yırtıcı heyvan görünməyib.
 

Bu, qütb ayılarının yaşadığı yeganə ABŞ ştatı olan Alyaskada qütb ayısının son 30 ildə ilk ölümcül hücumudur.


Bu hadisədən sonra direktor məktəbin bağlanmasını əmr edib və müəllimlər jalüzləri bağlamağa başlayıblar ki, uşaqlar pəncərədən kənarda baş verənləri görməsinlər.


Yerli işçilər kürəklərlə ayını qorxutmağa çalışıblar.
 

Berinq Boğazı Məktəb Bölgəsinin Administratoru Susan Nedza heyvanın binaya girməyə cəhd etməzdən bir neçə saniyə əvvəl məktəbin qapıları bağlandığını bildirib.
 

Uels kəndində hüquq-mühafizə orqanları yoxdur, buna görə də ayı hələ çöldə olarkən məktəb rəhbərliyi yardım üçün ictimaiyyətə müraciət edib.
 

Adı hələlik ictimaiyyətə məlum olmayan bir nəfər, qadın körpəsinə işgəncə verməkdə davam edən heyvanı güllələyib.
 

Alyaska Hərbi Hava Qüvvələrinin sözçüsü Austin McDaniel jurnalistlərə verdiyi müsahibədə zərərçəkənlərin görmə qabiliyyətinin zəif olması səbəbindən onları hansı təhlükənin gözlədiyindən xəbərsiz olduğunu bildirib.
 

Xatırladaq ki, Uels Şimali Amerikanın ən qərb nöqtəsidir, Rusiya ərazisindən bir neçə kilometr aralıda yerləşir.
 

Yerli icma təxminən 150 nəfərdir, demək olar ki, hamısı İnupiatdır. Kəndə yalnız qayıq və ya təyyarə ilə çatmaq olar. Zəruri ehtiyaclar barjalarda çatdırılır.
 

Hücumun hansı səbəbdən baş verdiyi məlum deyil. Lakin “Polar Bear International”ın mühafizə üzrə baş direktoru Jeff Yorkun sözlərinə görə, qütb ayıları insanlara yırtıcı kimi baxır.


Xatırladaq ki, iqlim dəyişikliyi səbəbindən Arktika hibrid ayılarla dolub. Birinci növ qrizli, bir hissəsi qütb ayısı olan bu ayılra burada ilk dəfə 2006-cı ildə görünüb. Zaman keçdikcə onların sayının artacağı bildirilir.

 

Xanım

Açıklama yok.Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

"İnsanlar bəzən bilərəkdən səhv addımlar atırlar"- Yeni TƏDQİQAT

London Universitetində aparılan yeni tədqiqat insanların bəzən bilərəkdən “axmaq” və ya səhv addımlar atdığını ortaya qoyub.   Sfera.az ...

Prezident ona ali xüsusi rütbə verdi

Azərbaycan Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə ...

Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ

Özəl klinikalardan birində çalışan travmatoloq-ortoped Aqşin Məmmədovun cərrahiyyə əməliyyatı zamanı canlı yayım açması ilə bağlı araşdırma başlanılacaq. &nb...

Azərbaycanda lift istehsal ediləcək

Azərbaycan-Çin birgə kapitallı Fujiai Azerbaijan MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam...

“Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış – FOTO

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, ev 24M ünvanında fəaliyyət göstərən “Eurohome”da yerləşən “Keşlə” bazarında yoxlama keç...

“Boşanma ərizəsi yazmağa 1 şirvan pulum yox idi”

Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, qurduğu ailə həyatında yaşadıqlarını dilə gətirən sənətçi maraq...