Xəyanət səhnələrinə görə kanala xəbərdarlıq edildi

Xəyanət səhnələrinə görə kanala xəbərdarlıq edildi

"Kanal D" də yayımlandığı ilk gündən bəri tənqidlərə tuş gələn "Camdaki kız" serialı ilə bağlı şikayətlər gəlməkdə davam edir.

 

Sfera.az xəbər verir ki, "RTÜK"dən (Türkiyədə Radio və Televiziya Ali Şurası) növbəti dəfə serialla bağlı xəbərdarlıq edib. Şuranın rəhbəri Ebubekir Şahin bu barədə sosial media hesabında paylaşım edərək ekran işində xəbərdarlıqların ciddiyə alınmadığını və bu səbəbdən bölümlərin daha ciddi nəzarətdən keçəcəyini açıqlayıb.

 

Şikayətlərin yenidən artmasına səbəb isə ekran işinin sonuncu fraqmenti olub. Belə ki, yeni bölümdə obrazların (Nalan və Selenin) öz həyat yoldaşlarına xəyanət etdiyi əks olunub. 2 gün əvvəl yayımlanan sonuncu - 65-ci bölümdə açıq-aşkar xəyanət səhnəsinin ekranlara verilməsinin ardından quruma daxil olan şikayətlərin sayı artıb. Bu səbəbdən qurum növbəti xəbərdarlığını edib.

 

Xatırldaq ki, sözügedən serialdakı bir çox kadra görə kanal bir neçə dəfə cərimələnib.

 

Qeyd edək ki, ekran işinin baş rolunu aktrisa Burcu Biricik canlandırır.

 


OXŞAR XƏBƏRLƏR

Millət vəkili Arzu Nağıyev Azərbaycanın yeni dövr prioritetlərindən danışdı -MÜSAHİBƏ

Postmüharibə dövrü Azərbaycanın təhlükəsizlik siyasətində yeni bir dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsinin nəticələri, həm ölkə daxilində, həm də be...

Mehriban Əliyeva No Fon Li ilə görüşdü - FOTO

Mayın 7-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş...

İlham Əliyev və To Lam birgə bəyanatla çıxış etdilər

İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər.   Sf...

“Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” - FOTO

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Milli Konstitusiyadan tam Suverenlik...

Bayramov Bağdadda Məşhədani ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bağdadda İraq Nümayəndələr Şurasının sədri Mahmud əl-Məşhədani ilə görüşüb.   Sfera.az xəbər verir ki,...

Azərbaycan Prezidentinin köməkçisi NATO nümayəndəsi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Gürcüstandakı əlaqələr ofi...