İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat - VİDEO

İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat - VİDEO

2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində “Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur.

 

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə alternativ və cavab kimi düşünülmüş bu tarixin seçilməsi aşağıdakı kimi əsaslandırılır: “19 yanvar 1990-cı ildə Sovet hökumətinin zəifləməsi ilə 70 il özünün tarixi vətəni İrandan, islami və şiə kimliyindən uzaq qalmış Azərbaycan Respublikası əhalisi İran sərhədlərinə axışdı, “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirərək, tikanlı məftilləri qırdılar, çətin və təhlükəli bir şəraitə baxmayaraq, İran torpağına daxil oldular. Onlar hər şeydən öncə öz ana vətənləri İranın torpağını öpdülər. Sonra məscidlərə gedərək, namaz qıldılar. Bu dönüş günü Azərbaycanın müasir tarixinə azərbaycanlıların iranlı və islami kimliyinə qayıdış günü kimi daxil oldu”.

 

Göründüyü kimi, Molla rejiminin ideoloqları çoxlarının yaxşı xatırladığı yaxın tarixin hadisələrini həyasızcasına təhrif edir, 1989-cu ilin sonunda baş vermiş sərhəd hərəkatının, həmçinin 1990-cı ilin 20 yanvarı ərəfəsi və sonrasında baş vermiş proseslərin mahiyyətini başqa cür təqdim etməyə çalışırlar.

 

Daha dəqiq desək, soyuq qış günlərində min bir əziyyətlə, bütün maneələri aşaraq öz qan qardaşları ilə ayrılığa və az qala iki əsrlik həsrətə son qoymaq üçün Quzey Azərbaycan əhalisinin bütövlük amalı ilə Arazın o tayına üz tutması azərbaycanlıların guya İrana və islama can atması kimi qələmə verilir. Həmin saxta tezis srağagün, yəni yanvarın 19-da Ərdəbilin Şeyx Səfi kompleksindəki Xətayi salonunda keçirilən növbəti mərasimdə də dönə-dönə təkrar edilib.

 

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...