Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI: "Yalnız onu deyə bilərəm ki..."

Ələkbər Yasamallı bibisi oğlunu qətlə yetirən Rəşad Dağlıdan DANIŞDI:

Meyxanaçı Ələkbər Yasamallı dostu Rəşad Dağlı və qətlə yetirilən bibisi oğlu  İsgəndər Mehdiyevdən danışıb.


Sfera.az Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış videoda tanınmış meyxanaçı açıqlaması ilə bir çox vacib məqamlara toxunub: 
 

"Bu hadisə barədə danışmaq mənim üçün həddən çox çətindir. Çünki hər iki tərəf mənə çox yaxın olub.  İsgəndər mənim bibim oğlum, doğmam idi.  Rəşad Dağlı isə dostum idi. Rəşad Dağlı bizim evdə böyümüşdü, bir yerdə tonlarla  çörək kəsmişdik. İsgəndərlə də çörək kəsmişdik. Allah şeytana lənət etsin! Onun iki gözəl gül balası var. İsgəndər yetim isə heç ailə də qurmamışdı. Allah ona rəhmət etsin, günahlarını bağışlasın. Yalnız onu deyə bilərəm ki,  Allah Rəşadın da qapısını açsın, günahlarını bağışlasın. Bu iş olmamalı idi, ancaq oldu. Nə deyim!?  Allah bilən məsləhətdir".


Ə.Yasamallı açıqlamasında bu hadisədən sənət dostlarının da sarsıldığını qeyd edib:
 

"Həmkarlarımın hamısı sarsılıb. Nəinki Rəşadın, heç bir sənət yoldaşımızın başına gəlməli bir şey deyildi.  Rəşad özü azadlıqda olanda da bilirdi ki, Rəşadın uğurlarına daim sevinmişəm. Amma onun uğurlarına sevinməyənlər də var idi. Bunu özü çox yaxşı bilir. Biz, bir-birimizin uğuruna həmişə  sevinmişik, kədərimizə də pis olmuşuq. Allah Aydına, Vüqara da rəhmət eləsin! Vüqar rəhmətə gedəndə Rəşadla bir yerdə gedirdik.

 

Dedi: "Qoca, Allaha and olsun ki, toyumuza çağırılası dostlarımız azalır". Yəni, Aydın, Vüqar, Rəşad yoxdursa, Ələkbər də yoxdur. Rəşad bizə pis olmayıb,mən də ona pis olmamışam. Belə bir faciədən kim özünə xal qazanırsa,  bu qalıb onun kişiliyinə, mərdliyinə. Gizlətmirəm, bu hadisə mənə pis təsir edib. Nəinki, bibimoğluna, eləcə də dostuma görə pis olmuşam".


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...