Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döyüb? - AÇIQLAMA

Bakıda məktəbli qardaşı ilə birləşib yuxarı sinif şagirdini döyüb? - AÇIQLAMA

Bakı sakini G.Əliyeva Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan övladı R.E.-nin yanvarın 18-də təhsil aldığı məktəbdə planlı şəkildə döyüldüyünü iddia edib.

 

Sfera.az xəbər verir ki, şikayətçi 8-ci sinifdə oxuyan oğlunun digər sinifdən olan şagirdlə bir neç gün əvvəl probleminin yarandığını, bundan 5 gün sonra, yanvarın 18-də isə övladının məktəblinin hücumuna məruz qaldığını bildirib. G.Əliyeva oğlunun döyülməsini əks etdirən görüntülərin olduğunu, lakin ona təqdim edilmədiyini deyib:

 

“Yanvarın 18-də övladım məktəbin əsas korpusundan çıxıb növbəti dərs üçün arxa korpusa gedərkən həmin şagirdin qardaşı, qohumu, cangüdəni və sürücüsü məktəbin kameraları qarşısında bu cinayəti törədib. Qarşı tərəfin kim olması guya məktəbin rəhbərliyinə məlum deyil.  Bu şəxslər məktəbi və polisi belə saymırlar. Görüntülər məktəb rəhbərliyində olsa da, mənə vermirlər”.

 

Məsələ ilə bağlı Bakı şəhər 27 nömrəli tam orta məktəbdən bildirilib ki, baş vermiş hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır: “13.01.2023-cü il tarixində tənəffüs zamanı məktəbin VIII sinif şagirdi ilə VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur)  arasında anlaşılmazlıq yaranıb. Məktəb rəhbərliyi, psixoloq və sinif rəhbərinin iştirakı ilə məsələyə müdaxilə olunub. Hər iki şagirdlə və valideynləri ilə söhbət aparılıb, münasibətlərin tənzimlənməsinin zəruriliyi barədə tövsiyələr verilib.

 

Tərəflər arasında razılıq əldə olunsa da, VI sinif  şagirdi aldığı fiziki təzyiqə görə gərginliyi davam etdirib. 18.01.2023 -cü il tarixində tənəffüs zamanı (V dərsdən sonra) VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) qardaşı ilə birgə növbəti dərs üçün digər korpusa gedən VIII sinif şagirdinə  yaxınlaşaraq ona fiziki təzyiq göstəriblər. Həmin məktəblinin valideyni məsələ ilə bağlı hüquq-mühafizə orqanına müraciət edib. Təhsil müəssisəsi rəhbərliyi tərəfindən dərhal lazımi addımlar atılıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.

 

DİN Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, hadisə barədə daxil olmuş müraciət üzrə araşdırma aparılır.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...