Üzərində narkotik aşkarlanan şəxs saxlanılıb

Cəmiyyət
12:29 / 21.01.2023
10055
Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rahim Cəfərli şübhəli şəxs qismində saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sfera.az-a verilən xəbərə görə, şəxsi axtarış zamanı ondan 28 qrama yaxın heroin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 2 kiloqramdan artıq heroin götürülüb.
Araşdırma aparılır.