Bu rayonda əxlaqsızlıq yuvası aşkarlandı: Saxlanılanlar var

Bu rayonda əxlaqsızlıq yuvası aşkarlandı: Saxlanılanlar var

Göygöl rayonunda əxlaqsızlıq yuvası təşkil edilib. 

 

Sfera.az-ın məlumatına görə, əxlaqsızlıq yuvası rayonun Yeni Zod kəndi ərazində fəaliyyət göstərib. 

 

Belə ki, həmin kəndin sakini Mürşüd Əliyev kafeyə gələn kişilərə orada işləyən qadınların intim xidmətini təşkil edib.

 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M.Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsız yuvası təşkil etməsi barədə məlumat daxil olub:

 

“Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M.Əliyev, eləcə də həmin kafedə işləyən bir qadın və bir müştəri saxlanılaraq, Göygöl RPŞ-yə gətirilib”.

 

“Faktla bağlı Göygöl Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir”, - deyə o qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...