Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanıldı - FOTO

Yevlaxda narkotik və oğurluğa görə 10 nəfər saxlanıldı - FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb, onlardan 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Bəhruz Eyvazov və Ruslan İsmayılov saxlanılıblar. B.Eyvazovun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman 1 kiloqramdan artıq marixuana, R.İsmayılovun evindən isə külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.

 

Bundan başqa keçirilən tədbirlərlə oğurluq əməlləri törədən şəxslər tutulub və onlardan narkotik vasitələr də götürülüb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Maksum Yusifov və Cabir Əmirov olduqları müəyyən edilib. M.Yusifov mağazalardan nəğd pul, C.Əmirov isə avtomobillərə məxsus akkumulyatorlar oğurlayaraq sakinlərə maddi ziyan vurublar. Saxlanılarkən onların üzərində aparılan axtarış zamanı müvafiq olaraq metamfetamin və heroin də aşkar edilərək götürülüb.
 

Həmçinin yanvar ayı ərzində keçirilən tədbirlərlə daha 6 nəfərdən də müxtəlif növ narkotik vasitələr aşkar edilib. Həmin şəxslər də cinayət məsuliyyətinə cəlb ediliblər. Ümumilikdə isə 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Faktlarla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...