Bakıda bu avtobusların hərəkəti məhdudlaşdırıldı - SİYAHI

Cəmiyyət
11:25 / 21.01.2023
11580
Bakıda yollarda aparılan təmir işləri ilə əlaqədar bəzi marşrut xətlərindəki avtobusların hərəkəti məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumatda bildirilir ki, bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılır.