Çin tarixində xanədan qaydalarına qarşı çıxan yeganə qadın imperator - Vu Zetian

Çin tarixində xanədan qaydalarına qarşı çıxan yeganə qadın imperator - Vu Zetian

Tarixdə həmişə kişi hökmdarlar, kişi dövlət xadimləri ön plana çıxıb.

 

Sfera.az bu dəfə Çinin yeganə qadın imperatoru Vu Zetian haqqında məlumatları təqdim edir.


Vu Zetian 624-cü ildə Çinin Liçjou (indiki Quanqyuan) şəhərində anadan olub və 14 yaşına qədər ailəsi ilə burada yaşayıb.


14 yaşında çatanda gənc Zetian çox gözəl qız olduğu üçün sarayın diqqətini çəkib və imperator Taizong dövründə cariyə kimi buraya gətirilib.
Taizongun ölümündən sonra imperator olan Gaozong, Vu Zetianı gördüyü ilk gündən ona məftun oldu. Amma bir problem var idi. Gaozong evli idi və həyat yoldaşı Wing rəsmi imperator idi.
 

Lakin Empress Wing uşaq sahibi deyildi. Bu səbəbdən Gaozong Vu Zetian ilə qeyri-qanuni münasibətdə olaraq, onun uşaq dünyaya gətirməsinə şərait yaratdı . Zetian indi təsirini artırmışdı. Çünki indi o Çin imperatorunun varisinin anası idi.

 

Vu Zetian imperatriça olmaq üçün hiyləgər bir plan hazırladı. Empress Wingin yeni doğulmuş körpəni ziyarət etməsindən qısa müddət sonra Zetian öz uşağını boğaraq öldürdü və bunu Wingin üzərinə atdı.
 

 İmperator Gaozong, övladının ölümünə duyduğu kədər və qəzəbi sayəsində bu böhtana tamamilə inandı. Arvadını aradan götürdü və Vu Zetianı rəsmi olaraq yeni imperator etdi. Bu, Zetian üçün böyük bir yüksəliş idi, saraya girdikdən cəmi bir neçə il sonra o, rəsmi imperatriça oldu.

 

Vu Zetian ondan əvvəlki heç bir imperatriçaya bənzəmirdi. O, daha çox dövlət işlərinə qarışır, siyasi hadisələrdə aparıcı rol oynayırdı.
 

İmperator Gaozongun xəstəliyi ilə demək olar ki, bütün siyasi funksiyalar Zetianın əlində cəmləşdi. İmperator 683-cü ildə vəfat edəndə Vu Zetian indi gələcək imperatorları təyin etmək iqtidarında idi.

 

Bu illər Göktürklərin müstəqilliklərini bərpa etdikləri dövrə təsadüf edir. Çindəki bu mürəkkəb vəziyyət ən böyük rəqibi olan Göktürklərin tez bir zamanda sağalıb köhnə günlərinə qayıtmasını asanlaşdıracaqdı.
 

Vu Zetian artıq rəsmi olaraq Çinin hökmdarı idi. O, nəslinin hakimiyyətini davam etdirmək məqsədi ilə Tan sülaləsini devirdi. Qadınları arxa plana keçirən ənənəvi baxışları məhv etdi.


Vu Zetian dövründə Çinin iqtisadi və mədəni vəziyyəti çox yaxşı idi. O, bürokratiyada bir sıra dəyişikliklər etdi və Tan sülaləsinin bütün qalıqlarını məhv etməyə çalışdı.

 

Vu Zetianın hakimiyyəti ondan əvvəl olan bütün qaydaları alt-üst etdi. O, sübut etdi ki, qadınlar da belə yüksək vəzifələrə çata bilirlər.
 

Zetian taxt-tacı təsadüflər silsiləsi ilə deyil, planlı və proqramlaşdırılmış şəkildə qazandı. O, 705-ci ildə ölümünə qədər Çini yaxşı idarə edə bildi.

 

Ölməzdən əvvəl o, məzar daşına heç bir şey yazılmamasını xahiş etdi və əri İmperator Gaozong ilə birlikdə dəfn edilməsini istədi.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...