Keçmiş hərbçi eyvandan atəş açıb - Ölənlər və yaralılar var

Keçmiş hərbçi eyvandan atəş açıb - Ölənlər və yaralılar var

Yanvarın 20-nə keçən gecə Gürcüstanın Saqareco şəhərində keçmiş hərbçi eyvandan avtomatdan atəş açaraq 5 nəfəri öldürüb, daha 5 nəfəri yaralayıb. Silahdan atəş açan şəxs özü də hadisə yerində ölü tapılıb.
 

Sfera.az bildirir ki, bu barədə "Georgia online" portalı məlumat yayıb.
 

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, həmin şəxsin atəş açmağa nə üçün başladığı hələlik məlum deyil. Hadisə zamanı onun yetkin oğlunun atəş açan şəxslə birlikdə evdə olduğu və hadisə başlayandan bir müddət sonra binanı tərk etdiyi barədə məlumat var. Nazir əlavə edib ki, xüsusi təyinatlılar hücumçunu saxlamağa gəlib təslim olmağa çağıranda atəş səsi eşidiblər.
 

"Xüsusi təyinatlılar qapını açıblar... İçəri girəndə o, yaxınlıqda odlu silahla çarpayıda uzanıb və onun başından qan axdığını qeydə alıblar. (Həmçinin qumbaraatanların halqaları, bir neçə parçaya bölünüb) - Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.


Eyni zamanda nazir qeyd edib ki, təqsirləndirilən şəxsin oğlu baş verənlərlə bağlı heç nə deyə bilməyib.
 

"(Oğlan deyib ki, o çıxanda meyitlər var idi, mən qaçdım - bizə başqa heç nə demədi"- deyə DİN naziri Qomelauri əlavə edib.
 

KİV-in məlumatına görə, atəş açan şəxs 1974-cü il təvəllüdlü, 2006-2021-ci illərdə hərbi xidmətdə olmuş və Əfqanıstanda xidmət etmiş keçmiş hərbçi Nodar Atuaşvili olub. Kişinin qonşuları onun tənha həyat sürdüyünü və heç kimlə münaqişəyə girmədiyini bildiriblər. Eyni zamanda yerli sakinlər atəş açan şəxsin psixi sağlamlıq probleminin olduğunu və Atuaşvilinin müalicə olunduğunu iddia edirlər.


Aynil

 


OXŞAR XƏBƏRLƏR