Zelenski həyat yoldaşı vasitəsilə ona məktub göndərdi: Sülh təklifi...

Zelenski həyat yoldaşı vasitəsilə ona məktub göndərdi: Sülh təklifi...

Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya vasitəsilə Çin Prezidenti Si Cinpinə sülh həlli təklifini özündə əks etdirən məktub göndərərək cavab gözləyir. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin qeyd edib ki, Pekin danışıqları irəlilətməyə çalışır. 

 

"Ukrayna böhranı məsələsində Çin həmişə sülh danışıqlarını təşviq etmək üçün fəal işləyib", - Vanq Venbin brifinq zamanı deyib. 

 

Bundan əvvəl Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bəyan etmişdi ki, Kiyev Rusiyaya qarşı Çinlə əməkdaşlıq perspektivinə ümid edir və artıq bu məsələ üzərində işləyir. 

 

Çin Xalq Respublikasının sədri də öz növbəsində ölkəsinin sülh danışıqlarının irəliləyişini dəstəklədiyini vurğulayıb.


Əzizə


OXŞAR XƏBƏRLƏR