Davamçılar 20 Yanvar şəhidlərini yad ediblər - FOTOLAR

Davamçılar 20 Yanvar şəhidlərini yad ediblər - FOTOLAR

20 Yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin (BİLİK) rəhbəri Niyaz Əliyev, Davamlı İnkişaf Xidmətinin rəhbəri  Aygün Hüseynova, katibliyin əməkdaşları və 300-dən çox davamçının iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib və şəhidlərimizin əziz xatirəsi yad olunub.

 

Davamçılar ölkəmizin azadlığı uğrunda həlak olan Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

 

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə Bakını zəbt edib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...