Azərbaycanda nə qədər iri müəssisə var? – STATİSTİKA

Azərbaycanda nə qədər iri müəssisə var? – STATİSTİKA

2023-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 816 iri müəssisə var və onların böyük hissəsi paytaxt ərazisindədir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iri müəssisələrin daha çox hissəsi tikinti, ticarət və emal sənaye sahələrində fəaliyyət göstərir. 


Tikinti sektorunda 184, ticarətdə 142, emal sənayesində 126 iri müəssisə var. 


Ən az iri müəssisə isə istirahət, əyləncə və incəsənət sahələrində (6 ədəd), təhsildə (11 ədəd) və daşınmaz əmlak sahəsindədir (13 ədəd). 


İri müəssisələrin 78,6 faizi, yəni 641 ədədi Bakı şəhərində yerləşir. Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının daxil olduğu Abşeron-Xızı iqtisadi rayonunda 52 ədəd, Gəncə-Daşkəsən iqtisadi rayonunda 22 ədəd, Naxçıvan Muxtar Respublikasında 16 ədəd iri müəssisə fəaliyyət göstərir. 


Ən az iri müəssisə isə Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarındadır. Onların hər birində 5 iri müəssisə var. 


Qeyd edək ki, iri müəssisə dedikdə işçi sayı 251-dən çox olan, illik gəliri isə 30 milyon manatı keçən sahibkarlıq subyekti nəzərdə tutulur. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR