Zelenskinin ABŞ-dan gələn məxfi qonağı – O, Uilyam Börnsdən istəyib?

Zelenskinin ABŞ-dan gələn məxfi qonağı – O, Uilyam Börnsdən istəyib?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns ötən həftə Kiyevə gizli səfər edib.

 

Sfera.az bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi qəzetə açıqlamasında Börnsün Ukrayna prezidenti Zelenski ilə görüş keçirdiyini deyib. İddiaya görə, MKİ direktoru Rusiyanın növbəti addımları və planlaşdırılan hücumları ilə bağlı kəşfiyyat məlumatlarını Ukrayna lideri ilə bölüşüb.

 

“Gizli görüşdə Zelenski ABŞ və Qərbin yardımı ilə bağlı narahatlığını bölüşüb. ABŞ-ın dəstəyini davam etdirməyi planlaşdırdığını bildirən Uilyam bu yardımların bir nöqtədə çətinləşəcəyini vurğulayıb”, deyə “The Washington Post” qeyd edib.

 

Xatırladaq ki, ABŞ bu yaxınlarda zirehli texnika və hava hücumundan müdafiə sistemlərinin daxil olduğu 2,5 milyard dollarlıq yeni yardım paketi elan edib.  Pentaqon yeni yardımın artan Rusiya hava hücumlarının qarşısını almağa kömək edəcəyini açıqlayıb və ABŞ-ın indiyədək Ukraynaya 26,7 milyard dollar dəstək verdiyini vurğulayıb.

 

İngiltərə, Polşa, Latviya, Litva, Danimarka, Çexiya, Estoniya, Hollandiya və Slovakiya da dünən keçirdikləri toplantı ilə Kiyevə daha çox dəstək verəcəklərini bildiriblər. Fransa və Britaniya artıq Ukraynaya tank göndərəcəklərinə söz verib, bu gün Almaniyadan da oxşar qərarın gəlməsi gözlənilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR