"Qəbələ" cərimə olundu
İdman
15:07 / 04.10.2016
3292
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sfera.az "Qafqazinfo”a istinadən verdiyi xəbər verir ki, İK Azərabaycan Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Azərbaycan Premyer Liqasının VII turunun "İnter” – "Zirə” matçında "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90+1-ci dəqiqəsində "İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VII turunun "Sumqayıt” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VII turunun "Neftçi” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 57-ci və 78-ci dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Azərbaycan Premyer Liqasının VII turunun "Qəbələ” – "Qarabağ” matçının 40 -cı dəqiqələrində "Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.