Hamburger sevənlər gəlsin - Bu dəfə reseptini yox, tarixini öyrənirik

Hamburger sevənlər gəlsin - Bu dəfə reseptini yox, tarixini öyrənirik

Fast food dedikdə, əksəriyyətin ağlına gələn ilk şey Hamburgerdir. Bəs, heç onun tarixi ilə maraqlanmısınızmı? Hamburger necə icad edilib, tarixi nədir?

Sfera.az Hamburgerin özü kimi maraqlı tarixini təqdim edir.


Zövqlə yediyiniz hamburgerin necə icad edildiyini bilirsinizmi?
 

1848-ci ildə Alman Konfederasiyasında baş verən siyasi inqilablardan sonra Almaniyanın ABŞ-a intensiv köçü başladı.

 

Bu səbəbdən Amerika şəhərlərində alman mədəniyyətinə aid yeməklər yayılmağa başladı.
 

Almaniyanın Hamburq şəhəri yüksək keyfiyyətli mal əti ixracatçısı kimi tanındığından, ABŞ-da bəzi restoranlar “Hamburq üslubunda” qiymə biftek təklif etməyə başlayıb.

Açıklama yok.

 

Bu səbəbdən "hamburger" sözü 1880-ci illərdən əvvəl "hamburger biftek" adlanırdı.
 

Bu gün bildiyimiz burgerin əsl xəbərçisi 1870-ci illərin əvvəllərində Amerika menyularında görünməyə başlayan "hamburger biftek" adlı çox ucuz yemək idi.


Əllə doğranmış mal əti və soğan qarışığından ibarət olan bu küftə əvvəllər çörək arasında deyil, boşqabda verilirdi. Hamburq ətrafındakı kəndlərdə yetişdirilən elit inəklərin şərəfinə adlandırıldı.

Açıklama yok.

 

1890-cı illərin sonlarında ətçəkən maşınlar daha çox mövcud olduqca, hamburger biftekləri asanlıqla hazırlanmağa və bütün Amerikaya yayılmağa başladı.

 

Açıklama yok.

1891-ci ildə məşhur "The Boston Globe" qəzetindəki məqalədə "tost üzərində hamburger" resepti olan yemək kitabı reklam olunurdu. Hamburger artıq boşqabda yox, çörəyin arasında yeyilirdi.
 

Hamburger tez və asanlıqla, demək olar ki, gecə-gündüz hazırlandığından, işçilər tərəfindən tez-tez istehlak edilən bir yemək halına gəldi.
 

"Çörək və ızgara hamburger ətindən ibarət sendviç"in mənası 1909-cu ildə təsdiq edilməyə başlandı. O gündən sonra anaların məktəbə uşaqlaq üçün çörəkarasında qoyduğu ət və ya sosisli qədim ənənə yavaş-yavaş fəhlələr, işçilər arasında kafelərdə təqdim olunan fenomenə çevrildi.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...