TAP-da irəliləyiş
İqtisadiyyat
13:44 / 04.10.2016
1659
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) tikintisi layihəsi çərçivəsində Albaniyada Korovoda şəhərində körpü tikintisi artıq başa çatıb.
Sfera.az xəbər verir ki, "Trend”ə TAP-dan verilən məlumata görə, bu, nəqliyyat infrastrukturunu yaxşılaşdırmağa imkan verəcək.
Qeyd edək ki, TAP layihəsi Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsindən qazın Avropa İttifaqı ölkələrinə nəqlini nəzərdə tutur.