Şahzadə Harri anası ilə ölümündən sonra danışa bildiyini və ondan eşitdiklərini danışdı

Şahzadə Harri anası ilə ölümündən sonra danışa bildiyini və ondan eşitdiklərini danışdı

"Spare" adlı xatirə kitabını nəşr edən Şahzadə Harri yayımladığı epizodlar sayəsində artıq həftələrdir ki, əsas xəbər agentliklərinin manşetinə çevrilib.
 

Sfera.az bildirir ki, kitabda Harri ekstrasens vasitəsilə mərhum anası şahzadə Diana ilə ünsiyyət qura bildiyini yazıb.
 

Şahzadənin dediyinə görə, o, bir dəfə Diana ilə əlaqə saxlamaq üçün “səlahiyyətli” bir qadına müraciət edib. Onu dostlarının tövsiyəsi ilə tapıb.



"Sən onun edə bilmədiyi həyatı yaşayırsan. Onun sənin üçün istədiyi həyatı yaşayırsan" deyən ekstrasens şahzadəyə "anası da yanında olub" deyə cavab verib.

Açıklama yok.

Harri ekstrasens qadın anasının ruhunun da oğlu Arçinin Milad bəzəklərini sındırdığına şahid olduğunu deyib.

 

Diananın onu hər şeyin yaxşı olacağına inandırdığını əlavə edib.
 

Qeyd edək ki, Şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə, Fransanın Pont de l'Alma tunelində avtomobil qəzası zamanı aldığı xəsarətlərdən vəfat edib. Onunla birlikdə sevgilisi Dodi Fayed və avtomobilin sürücüsü Henri Paul öldürülüb.


Harrinin tərcümeyi-halında onun ölümündən illər sonra çəkdiyi kədər ətraflı təsvir edilmişdir. Məsələn, o, nə baş verdiyini anlamaq üçün dəfələrlə faciənin baş verdiyi tuneldən keçdiyini xatırlayır.

 

Xanım

 


OXŞAR XƏBƏRLƏR