Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Cəmiyyət
17:21 / 18.01.2023
6127
Ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10215045 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən xəbərə görə, əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil etmiş, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.