FHN Bakıda geyim mağazasını bağladı - VİDEO

FHN Bakıda geyim mağazasını bağladı - VİDEO

Bakıda geyim mağazasının fəaliyyəti məhdudlaşdırılıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verilib.

 

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 107 ünvanında yerləşən “Stefana” geyim mağazasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb. Elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib. Obyekt odsöndürən balonlarla təmin olunmayıb. Obyektə dair müvafiq sənədlər (çıxarış, texniki pasport) təqdim olunmayıb.

 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 107 ünvanında yerləşən “Stefana” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 


OXŞAR XƏBƏRLƏR

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...

Arzu Əliyeva uşaqları ziyarət etdi - VİDEO+FOTOLAR

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Ümid Yeri” Uşaq Sığınacağını ziyarət edib.   Sfera.az xəbər verir ki, bu barədə Arzu Əliyeva ...

Tolik ata oldu - FOTO

Aparıcı Tarix Əliyev (Tolik) ata olub.   Sfera.az xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, Tolik və körpənin yer aldığı fotoya ...

Pensiya alanların nəzərinə! - Pullar bu tarixdə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu...

Bakının bu ərazilərindəki evlər 100 faiz BAHALAŞIB

Bakının bəzi ərazilərində evlər kəskin bahalaşacaq.   Kəskin bahalaşmanın səbəbləri nələrdir? Paytaxtın daha çox hansı rayonlarında qiymət artımı göz...