Bağlanan bankda 603 mln. manat olub
İqtisadiyyat
12:23 / 04.10.2016
1477
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş "Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 603 mln. manatdır.
Sfera.az xəbər verir ki, bu barədə "Report”a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Məlumata görə, bunun 568 mln. manatını qorunan əmanətlər, o cümlədən,460 mln. manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətçilərin sayı138 min nəfərdir. Bunlardan 50 mininin əmanəti 1 manatdan çoxdur.