"Bizi aldatdılar" - Putindən Rusiya-Ukrayna müharibəsi barədə ŞOK AÇIQLAMA

“Rusiya Donbass ətrafındakı vəziyyəti sülh yolu ilə həll etmək üçün hər şeyi etdi,  lakin bu, müəyyən mənada mümkün deyildi”.

 

Sfera.az bildirir ki, bunu Vladimir Putin Böyük Vətən Müharibəsi veteranları ilə görüşündə deyib.

 

O qeyd edib ki, Rusiya Federasiyası 2014-cü ildən Ukraynada baş verən hadisələrə, o cümlədən rusdilli əhalinin məhv edilməsinə reaksiyasız qala bilməzdi.

 

“Uzun müddət dözdük, uzun müddət razılığa gəlməyə çalışdıq. İndi göründüyü kimi, bizi sadəcə olaraq aldadıblar. Bu, bizim başımıza ilk dəfədir gəlmir. Buna baxmayaraq,bu vəziyyəti sülh yolu ilə həll etmək üçün əlimizdən gələni etdik. İndi aydın oldu ki, bu, mümkün deyildi”, - deyə Putin əlavə edib.

 

O həmçinin, həmin zaman Ukraynanın münaqişəni kəskin və qaynar fazaya keçirməyə hazırlaşdığını vurğulayıb. “Hazırda gördüyümüz işlərdən başqa bizə heç nə qalmadı”, - deyə prezident  yekunlaşdırıb.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...